Nazir Məcnun Məmmədov Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 22-də, saat 09:00-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən  bildiriblər ki, görüş zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-58-00) müraciət edə bilərlər.

Görüşə yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.

Görüşə gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.