ADY qeyri-iş günlərində regionlara əlavə reyslər təyin edir

Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.

ADY-dən bildirilib ki, qatarlar ənənəvi qrafiklə hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.

Bakı-Qəbələ-Bakı marşrutu üzrə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.