Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 25 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8714 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0581 manat, 1 Rusiya rublu 0.0185 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6326 manat olub.