“Astara” gömrük postunda heç bir yük maşını yoxdur

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda heç bir yük maşını yoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xəbərinə görə, hazırda “Biləsuvar” gömrük postunda 55, “Qırmızı Körpü” gömrük postunda 600, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 16 və “Xanoba” gömrük postunda 10 yük maşını var.