Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0,16% azalaraq, 1 barelə görə 80.94 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,20% azalaraq, 75.42 dollar olub.