Olaf Şolts Aİ ölkələrini Kiyevə daha çox yardım etməyə çağırıb

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının digər ölkələrini Ukraynaya hərbi yardımı artırmağa çağırıb.

Kanslerin sözlərinə görə, Avropa İttifaqının sammitində bu məsələ müzakirə olunacaq, lakin konkret qərarlar gözlənilmir.

“Biz Ukraynaya dəstək məsələsini, o cümlədən Kiyevə silah-sursat tədarükünü fəal şəkildə müzakirə edəcəyik. Bu, bir anda həll olunacaq məsələ deyil, lakin təcili müzakirələrə başlamaq lazımdır”, – deyə Olaf Şolts bildirib.

Almaniyanın 2024-cü ildə Ukraynaya hərbi yardım üçün 7-8 milyard avroyadək vəsait ayıracağını xatırladan kansler bunun yetərli olmadığını vurğulayıb. “Hesab edirəm ki, indi hər kəs daha çox iş görməlidir”, - deyə hökumət başçısı əlavə edib.//Azərtac