Pərviz Şahbazov vətəndaşlarla görüşüb

Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşlarla görüşüb.

Energetika Nazirliyindən verilən məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təminatı, abunə kodunun verilməsi, işə qəbulla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Həmçinin vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2024-cü il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib.

Vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected]  elektron poçt ünvanı və www.minenergy.gov.az  internet səhifəsi vasitəsilə nazirliyə ünvanlaya bilərlər.