“Qırmızı Körpü” gömrük postunda 355 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 355 avtomobil gözləyir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, "Samur" gömrük postunda 36, "Mazımqara" gömrük postunda 17, "Astara" gömrük postunda 140, "Biləsuvar" gömrük postunda 70, “Xanoba” gömrük postunda isə 2 yük maşını var.