Binəqədinin bəzi əraziləsində qaz təchizatında fasilə yaranacaq

“Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar bu gün saat 10:30-dan etibarən “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.