Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulub

Ermənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının qəbulunu dayandıracaq.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, bu ayın sonundan "Mir" kartları ilə POS-terminallarda nağdsız ödənişlərin qəbulu və bankomatlardan nağd pul çıxarılması əlçatan olmayacaq.

Qeyd olunub ki, "VTB Ermənistan" bankı istisna təşkil edəcək. Belə ki, bu bank "Mir" kartlarına tam həcmdə xidmət göstərməyə davam edəcək.//Trend