“Crocus City Hall”da baş verən atışma və partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

“Crocus City Hall” ticarət mərkəzində baş verən atışma və partlayış nəticəsində ilkin məlumata görə 15 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hadisə yerində operativ qərargah yaradılıb, zərərçəkənlərin sayı dəqiqləşdirilir.

21:42

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma və partlayış olub.

AZƏRTAC xəbər verir ki, şahidlərin sözlərinə görə, hərbi geyimdə olan şəxlər avtomat silahlardan atəş açıblar. Yerli mətbuat təxminən 10 nəfərin yaralandığını yazır.

Hadisə zamanı partlayışın olduğu və binada yanğının başladığı bildirilir.