“Crocus City Hall”un sahibi olan şirkət konsert zalını bərpa edəcəklərini bildirib

"Crocus City Hall"un sahibi olan "Crocus International" şirkəti terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə şirkətin saytında dərc olunan məlumatda bildirilib.

Şirkətdən bildirilib ki, konsert zalında təmir işləri aparılacaq.

"Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların cinayət əməlləri nəticəsində məhv edilən hər şey bərpa olunacaq", - deyə şirkət qeyd edib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.//Trend