İraqın şimalında daha 12 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq ərazisində keçirilən əməliyyat nəticəsində 12 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində həyata keçirilib.

Əməliyyat davam etdirildiyi bildirilir.