İraqda PKK-nın 6 terrorçusu zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının altı üzvü zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladığı 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib”, – nazirliyin mətbuat xidməti qeyd edib.