Yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs saxlanılıb

Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16 min 500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.

Araşdırma aparılır.