Ural çayında suyun səviyyəsi artaraq 1054 santimetrə çatıb

Rusiyanın Orenburq şəhəri yaxınlığında Ural çayında suyun səviyyəsi 32 santimetr artaraq 1054 santimetrə çatıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Orenburq rayon administrasiyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, suyun bu səviyyəsi təhlükə xəttindən 124 santimetr artıqdır.