Daniel Hagari: Raket və dronların əksəriyyəti zərərsizləşdirilib 

İran İsrailə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb.

Bunu İsrail ordusunun nümayəndəsi Daniel Hagari brifinqdə bildirib. O qeyd edib ki, raket və dronların əksəriyyəti zərərsizləşdirilib.

Onun sözlərinə görə, hücum nəticəsində bir hərbi baza kiçik ziyan görüb.