Rusiya Ukrayna ərazisində daha 1510 hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1510 hərbçisini itirib.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 486 940 nəfərə çatıb.