Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb, pilotlar həlak olublar

Türkiyənin Kayseri şəhərində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində iki pilot həlak olub. 

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.