Çanaqqala və Uşakda yanğınlar davam edir

Türkiyənin üç vilayətində meşə yanır.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.