Minsk 2019: Boksçumuz Alfonso Dominges yarımfinala vəsiqə qazanıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu dörddəbir final görüşündən uğurlu nəticə ilə ayrılıb.

Komandamızın üzvü Alfonso Dominges (81 kiloqram) yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn A.Dominges bu dəfə də rinqdə qələbə qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Qarşılaşma iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, A.Dominges yarımfinala yüksələn ikinci boksçumuzdur. Lorenzo Sotomayor da (69 kiloqram) Avropa Oyunlarının yarımfinala vəsiqəni təmin edib.