Daha iki qadın güləşçimiz II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazandı

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Bu gün son 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

 Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

Elmira Qəmbərova ilk mərhələdə Almaniya təmsilçisinə qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən yolundan kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.

Səbirə Əliyeva üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən Əliyeva adını yarımfinala yazdırıb.

 
Qeyd edək ki, yarımfinal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.