Minsk-2019: Azərbaycan medal siyahısında 10-cu pilləyə yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 8-ci günündə 12 dəst medal sahibini tapıb.

Bu mükafatların sahiblərini tapmasından sonra medal sıralamasında dəyişikliklər olub.

Azərbaycan millisi 5 pillə irəliləyib. Buna gün ərzində qazanılan 4 medal səbəb olub. Qadın güləşçilərdən Mariya Stadnik qızıl, Elmira Qəmbərova gümüş, Alyona Kolesnik bürünc medal qazanıb, boksçu Lorenzo Sotomayor da 3-cü yeri tutub.

 
Bir gün öncə 15-ci olan yığmamız 10-cu sıraya yüksəlib. Siyahıya isə Rusiya başçılıq edir. Belarus ikinci, İtaliya üçüncüdür.

Qeyd edək ki, 8 gün ərzində 136 dəst medal sahibi tapıb. 40 ölkə medal, 31-i isə çempionluq sevinci yaşayıb.