"Beşiktaş" hücumçusunu icarəyə verdi - rəsmi

"Beşiktaş" futbolçusu Kayl Larini "Zulte Vareqem"ə rəsmən icarəyə göndərib.

24 yaşlı hücumçu 2019/2020 mövsümünü icarə əsasında Belçika təmsilçisində keçirəcək. 

Qeyd edək ki, "Zulte Vareqem" növbəti mövsümün sonu 2 milyon 500 min avroya ödəyərək kanadalı oyunçunu birdəfəlik ala biləcək.