Çempionlar Liqasında birinci mərhələ başlayır

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi başlayır.

İlk oyun günündə 8 qarşılaşma keçiriləcək. Mərhələyə Qazaxıstandanda start veriləcək. Burada paytaxtın  "Astana" klubu "CFR Kluj"u qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" da bu mərhələdən yarışa qoşulacaq. Ağdam təmsilçisi sabah səfərdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

 


9 iyul

 
Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar


17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya)

18:00. “Ararat” (Ermənistan) - AIK (İsveç)

20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)

20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)

21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya)

22:00. “Düdelanj” (Lüksemburq) – “Valetta” (Malta)

22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)

22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo)