İngilis poeziyasına həsr olunmuş musiqili-poetik gecə

Aprelin 14-də “9 Senses” İncəsənət Mərkəzində ingilis poeziyasına həsr olunmuş musiqili-poeziya gecəsi keçirilib. Tədbirdə ingilis poeziyasının görkəmli nümayəndələrinin şeirləri, ehabelə rus klassiklərinin – Samuil Marşak, Mixail Lozinski, Modest Çaykovski, Boris Pasternak və b. tərcümələrində ingilis müəlliflərinin şeirləri səsləndirilib. Proqrama Şekspir,
Bayron, Kiplinq və ingilis ədəbiyyatının Qızıl dövrünün digər şairlərinin
şeirləri daxil olunmuşdur.
Gecəni M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu,
Ədəbi Klubun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar
Təşkilatının (WOW) üzvü Lalə Həsənova açaraq ingilis poeziyası haqqında
danışaraq, gecənin qonaqlarına, iştirakçılarına və “9 Senses” İncəsənət
Mərkəzinin direktoru Natalya Jukovaya səmimi qəbula və birgə ədəbi
görüşlərin təşkilində dəstəyə görə minnətdarlığını bildirdi.
Tədbirdə Azərbaycan və Rusiya Yazıçılar Birliyinin Fəxri üzvü,
WOW Koordinasiya Şurasının rəhbəri Eldar Əhədov ingilis poeziyası ilə
bağlı məruzə ilə çıxış etdi. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri
oxucuları, “Azərbaycanın müasir şairləri” layihəsinin iştirakçıları Renat
İlyazov, Lalə Əliyeva-Klıçkova, Bayram Məhərrəmov, Tamilla Şıxamirova,
Olqa Şalayeva, Türkan Bayramzadə, Günatay Hüseynova, Ləman
Həsənova, Aytən Həsənzadə, Nell Kyuri, Albert Bloxin, Zülfiyyə Babayeva,
Samirə Şıxiyeva ingilis poeziyasından nümunələr səsləndirdilər.
Gecənin musiqili hissəsini Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbəsi Gülzar Hüseynovanın ifası daha da gözəlləşdirdi.
SanSara Beynəlxalq Akrobatika, Gimnastika və Rəqs
Akademiyasının artistlərinin ifasında ingilis erası üslubunda rəqs nömrəsi
xüsusi əhval-ruhiyyə yaratdı.
Tədbirdə şairlər, yazıçılar, kitabxanaçılar, ziyalılar iştirak etdilər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasında artıq 7-ci ildir ki, “Yaradıcı oxucular” davamlı xeyriyyə
layihəsini uğurla həyata keçirilir.