Klublarımızın çıxışı reytinqimizə necə təsir etdi? - UEFA açıqladı

Avrokuboklarda 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
 
Avroliqanın birinci mərhələsində ötən gün səfərdə Moldova "Sperantsa"sına qalib gələn (3:0) "Neftçi" ölkəmizə 0.250 xal qazandırıb.
 

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Partizani" (Albaniya) ilə qolsuz heç-heçə edən "Qarabağ" aktivimizə 0.125 xal əlavə edib.

Avroliqanın 1-ci təsnifat mərhələsində ötən gün Bakıda "Universitatya"ya (Rumıniya) uduzan (2:3) "Səbail" isə xal ehtiyatımızı artıra bilməyib.

Bu nəticələrdən sonra Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.