Zakir İbrahimov: Son 9 ildə qızıl və gümüşün satışından 1,7 milyard manat gəlir əldə edilib

Son 9 ildə yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1 milyard 691 milyon manat (995 milyon ABŞ dolları) gəlir əldə edilib. Bu vəsaitin 94 faizi (1 milyard 592 milyon manatı) ixracdan əldə edilib. Məhsuldar fəaliyyətimiz nəticəsində əldə edilmiş gəlirlərdən 224 milyon manat vəsait dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib.
Bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, hazırda qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur: “İxrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən biri olmağı planlaşdırırıq”.//Azərtac