Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Aprelin 19-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab görüşlərində ən yaxşı oyunçu adına namizədlər açıqlanıb.

Yerveinsan.az UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirlərindən sayılan UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmalarında göstərdikləri oyuna görə həftənin ən yaxşı futbolçusu Pedro Rodriqez (“Çelsi”, İngiltərə), Pyotr Şevçik (“Slaviya”, Çexiya), Antonio Latorre (“Valensiya”, İspaniya) və Filip Kostiç (“Ayntraxt”, Almaniya) iddialıdırlar.

Qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.