DSMF-nin yanvar-iyul ayları üzrə gəlir və xərcləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 milyon manat çox olmaqla 4 milyard 665 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 milyon manat artaraq 3 milyard 712 milyon manat olub.

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 milyard 380 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 milyon manat çoxdur.