"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı

"Qəbələ"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Tiblisi "Dinamo"su ilə keçiriləcək ilk oyununun başlama saatı bəlli olub.

İyulun 25-də Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da başalayacaq. Avqustun 1-də Tbilisidə keçiriləcək qarşılaşmanın isə saatı hələlik açıqlanmayıb.
 

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.