Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25,365 milyard manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5%-ni təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

 Məlumata görə, borcun 17,047 milyard manatı daxili, 4,893 milyard ABŞ dolları və ya 8,318 milyard manatı isə xarici borc təşkil edib.

Eyni zamanda dövr ərzində dövlət borcuna xidmət xərcləri 1,517 milyard manat olub ki, bunun da 1,067 milyard manatı xarici dövlət borcu üzrə, 449,9 milyon manatı isə daxili dövlət borcu (faiz borcu) üzrə təşkil edib.