"Atletiko"nun ən bahalı transferi zədələndi

"Atletiko"nun ən bahalı transferi Joau Feliks debüt oyununda zədələnib.

O, "Numensiya" (İspaniya) ilə yoxlama görüşünün (3:0) 27-ci dəqiqəsində zədə alıb və 3 dəqiqə sonra məcburi əvəzlənib.

Qeyd edək ki, J.Feliks bu yay 126 milyon avroya "Benfika"dan "Atletiko"ya transfer olunub.