Mədənçıxarma sektoruna kredit qoyuluşları 700 milyon manata yaxınlaşıb
Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 694,8 milyon manata çatıb.
Yerveinsan.az bildirir ki, Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 15,1 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219 milyon manat və ya 24% azdır.
Qeyd edək ki, ümumilikdə, bu ilin noyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,714 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% artım deməkdir.

