Qarətçilər Luvr muzeyindən 8000-dən çox brilyant və 200-dən çox mirvari oğurlayıblar

Qarətçilər soyğun zamanı Luvr muzeyindən 8000-dən çox brilyant və 200-dən çox mirvari oğurlayıblar.

 BFMTV telekanalının məlumatına görə, soyğunçuların oğurladığı səkkiz zərgərlik əşyasında ümumilikdə 8482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari olub. Onların dəyəri 88 milyon avro həcmində qiymətləndirilir.