Tramp: Biz məqsədə çox yaxınıq

Tramp Zelenski ilə danışıqların davam edəcəyini bəyan edib.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə daha bir danışıq aparacağını bildirib. O, bunu görüşdən sonra keçirilən mətbuat konfransı zamanı deyib.

Tramp qeyd edib ki, Zelenski ilə məsələlərin 95 faizini artıq müzakirə ediblər və növbəti görüş bazar ertəsi, 29 dekabr tarixində baş tutacaq.

“Biz məqsədə çox yaxınıq, bəlkə də hətta çox-çox yaxınıq. Böyük detallara qədər irəliləmişik, baxmayaraq ki, bir çoxları bunun mümkün olmadığını deyirdi. Sabah davam edəcəyik”, – deyə Ağ Evin rəhbəri bildirib./www.unian.net/