Danimarka Baş naziri Frederiksendən ABŞ-yə “təhdidlərə son verin” çağırışı

Danimarka Baş naziri Mette Frederiksen ölkəsinin krallığı çərçivəsində yer alan iki muxtar bölgədən biri olan Qrenlandiyanın satılıq olmadığını vurğulayaraq, ABŞ-yə “təhdidlərə son verin” çağırışı edib.
Donald Trampın Qrenlandiyanı satın alma arzusunu yenidən gündəmə gətirməsindən sonra Danimarkanın dövlət televiziya kanalı TV2-yə xüsusi açıqlamalar verən Frederiksen mövzu ilə bağlı bunları deyib:

“ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin zəruriliyini müzakirə etməyin qətiyyən heç bir mənası yoxdur və onlar təhdidlərini dayandırmalıdırlar. Çünki ABŞ-ın Danimarka Krallığı Birliyini (Rigsfællesskabet) təşkil edən iki muxtar bölgədən hər hansı birini ilhaq etmək hüququ və səlahiyyəti yoxdur.”