Venesuelada ABŞ əməliyyatının sürətli uğurunun səbəbi açıqlanıb
ABŞ Venesuelada hərbi əməliyyatı peyklər sayəsində uğurla həyata keçirib. Bu barədə Venesuela Silahlı Qüvvələrinin podpolkovniki Edqar Alexandro Luqo Pereyra bildirib, xəbəri RİA Novosti yayıb.
“Bu, ABŞ qoşunlarının yaxşı planlaşdırılmış, cərrahi dəqiqliklə endirilmiş zərbəsi idi və onların peyk rabitəsi üzrə strateji imkanları ilə dəstəklənirdi. Onlar peyk mövqeləndirməsindən geniş şəkildə istifadə ediblər”, — deyə ekspert qeyd edib.
Pereyra əlavə edib ki, bu cür məlumatlar və coğrafi əraziyə dair biliklər olmadan belə səviyyəli bir əməliyyatı həyata keçirmək mümkün deyil.

