İran Prezidentindən sözünü kəsən dinləyiciyə türkcə xəbərdarlıq
İran Prezidenti Məsud Pezeşkiyan çıxışı zamanı tez-tez sözünü kəsən bir dinləyicini türkcə danışaraq xəbərdar edib.
Türkiyə mətbuatı yazır ki, Prezident Pezeşkiyan “İslami Şuraların Yeri və Konstitusiyada Xalqın İştirakı” simpoziumunda çıxış edib.
Pezeşkiyan çıxışı zamanı davamlı olaraq sözünü kəsən bir dinləyiciyə türkcə belə deyərək məzəli xəbərdarlıq edib:
“Biz türklərin sözü ilə, adını qoydun Rəşid, birini dedin, birini də eşit.”
İran prezidentləri zaman-zaman həm çıxışlarında, həm də şeirlərində türkcə ifadələrə yer verirlər.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da 2006-cı ildə Təbrizə səfəri zamanı Şəhriyarın şeirini Azərbaycan türkcəsində oxumuşdu.
Həmçinin Pezeşkiyan da Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində Şəhriyar təxəllüsü ilə tanınan məşhur türk şairi Məhəmmədhüseyn Behcət Təbrizinin Azərbaycan türkcəsində yazılmış “Heydərbabaya salam” şeirini səsləndirmişdi.

