Mərkəzi Bankın valyuta ehtiyatı açıqlanıb
2026-cı il 1 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatı 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.
Yerveinsan.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0.71% və ya 81.1 milyon ABŞ dolları çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatı əvvəlki illə müqayisədə 5.1% və ya 555.4 milyon ABŞ dolları artıb.

