İspaniyanın xarici işlər naziri Venesueladakı vəziyyətlə bağlı açıqlama verib
Albares: Venesuelanın təbii sərvətləri Venesuela xalqına məxsusdur
İspaniyanın xarici işlər naziri Xose Manuel Albáres bildirib ki, Venesuelanın təbii sərvətləri Venesuela xalqına məxsusdur. O, bu barədə RNE radio stansiyasına verdiyi müsahibədə deyib.
“Təbii sərvətlər dövlətin suverenliyinin bir hissəsidir. Venesuelanın resursları Venesuela xalqına məxsusdur”, – deyə diplomat vurğulayıb.
Albáres ABŞ-ın hərəkətlərini “qaydalara əsaslanan dünya nizamı üçün son dərəcə təhlükəli presedent” adlandırıb. O, həmçinin İspaniyanın vəziyyətin nizamlanmasına töhfə verməyə hazır olduğunu qeyd edib.

