Tramp 66 beynəlxalq təşkilatdan ABŞ-ın çıxmasını nəzərdə tutan fərman imzalayıb
Tramp ABŞ-ı 31-i BMT strukturlarında olmaqla 66 beynəlxalq qurumdan geri çəkdi
Xarici mətbuatın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp, aralarında 31 Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumunun da olduğu ümumilikdə 66 beynəlxalq təşkilatdan ABŞ-ın geri çəkilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb.
Ağ Evdən yayılan yazılı açıqlamada Trampın bu gün imzaladığı prezident fərmanına istinad edilərək, ABŞ-ın ümumilikdə 66 beynəlxalq qurumdan çıxdığı bildirilib.
Açıqlamada deyilir:
“Bu gün Prezident Donald Tramp artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan ABŞ-ın çəkilməsini əmr edən prezident fərmanını imzalayıb.”

