Quterreş ABŞ-ın beynəlxalq təşkilatlardan çıxmaq qərarından təəssüfləndiyini bildirib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin, ABŞ Prezidenti Donald Trampın, aralarında 31 BMT qurumunun da olduğu ümumilikdə 66 beynəlxalq təşkilatdan ABŞ-ın çıxması barədə qərarından dolayı təəssüf hissi keçirdiyi bildirilib.
Türkiyə mətbuatı xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında açıqlama verib.
Düjarrik, ABŞ-ın qərarı ilə bağlı deyib: “Baş katib Ağ Evin ABŞ-ın bir sıra BMT qurumlarından çıxması ilə bağlı açıqlamasından təəssüf hissi keçirir.”

