Ümumdünya Şəhərsalma Forumuna hazırlıq (VİDEO)
Ümumdünya Şəhərsalma Forumunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda işlər tamamlanma mərhələsindədir... Hazırda ƏUF13-də iştirak üçün təxminən 15 min nəfər qeydiyyatdan keçib...
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib. Foruma hazırlıq tam sürətlə davam etdirildiyini deyən sədr stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcə də geniş "Urban Expo" sərgisi keçiriləcəyini bildirib. O Forumda Azərbaycanın təşəbbüslərinin təqdim ediləcəyini bildirib.
"Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" adlı panel müzakirəsində isə bu gün gənclərinin 88 faizinin həmyaşıdları ilə danışmaq əvəzinə "ChatGPT" ilə ünsiyyət qurduğu vurğulandı. Qeyd edildi ki, süni intellekt gələcəkdə insan davranışına ciddi təsir göstərəcək.
İnsanlar arasındakı bu boşluq onları təcrid edə bilər, bunun fəsadları həm ətraf mühitə, həm də iş yerlərinə təsir edəcək.
Digər çıxış edənlər isə bildiriblər ki, süni intellekt iqtisadiyyat və gündəlik həyat üçün əhəmiyyətli faydalar gətirir, eyni zamanda qlobal təhlükəsizlik sistemini sürətlə transformasiya edir. O da vurğulandı ki, 2026-2030-cu illər ərzində data mərkəzlərinin yaradılmasına və inkişafına investisiyaların 1 trilyon dolları keçəcəyi proqnozlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

