Stoltenberq: “Hörmüz boğazında baş verənləri yaxından izləyirik”

“NATO-ya Hörmüz boğazında gəmilərə nəzarətlə bağlı əməliyyatlarda iştirak etmək üçün rəsmi müraciət edilməyib”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO Hörmüz boğazında əməliyyata başlamaq üçün rəsmi sorğu almayıb. NATO-nun müttəfiqləri regiondakı vəziyyətdən narahatdır, biz situasiyanı yaxından izləyirik və bununla bağlı informasiya mübadiləsi aparırıq. İranla bağlı məsələ iyunda keçirilən NATO Müdafiə nazirlərinin görüşündə də müzakirə olunub”, - NATO baş katibi qeyd edib.