"Qarabağ" APOEL-ə qarşı

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start veriləcək. 

Təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşacaq. 
 

Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 

6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi
 
21:00. APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan) 
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.