Daşınmaz əmlak obyektləri üzrə 145 min 778 texniki pasport tərtib edilib

Cari ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 145 min 778 texniki pasport tərtib edilib, 36 min 779 ipoteka müqaviləsi qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.