Transferə ən çox pulu onlar xərclədi – İngiltərə Premyer Liqası

İngiltərədə bu yay artıq bağlanan transfer pəncərəsində klublar futbolçulara ümumən 1,41 milyard funt xərcləyiblər.

Bu, 2017-ci ildə qeydə alınan rekord göstəricidən 20 milyon funt azdır. 2017-ci ildə klublar 124, bu yay isə 101 futbolçu alıblar.

 
Hazırkı transfer pəncərəsində ən bahalı oyunçu Harri Maquayr (80 milyon funt), Nikolya Pepe (72 milyon funt) və Rodri (63 milyon funt) olublar.

Transferlərə ən çox pul xərcləyən isə “Arsenal”dır – 155 milyon funt. İkinci yeri “Mançester Siti” (150 milyon), üçüncü yeri “Mançester Yunayted”  (145 milyon) tutub.