NATO Rumıniyada raketəleyhinə müdafiə sistemini modernləşdirib

NATO Rumıniyada yerləşən Deveselu hərbi bazasında Aegis Ashore adlı raketəleyhinə müdafiə sisteminin planlı modernləşməsi işlərini başa çatdırdığını və THAAD hava hücumundan müdafiə kompleksini bu bazadan çıxardığını bəyan edib.

Aegis Ashore ballistik raketlər əleyhinə sistemin uzun müddətdir planlaşdırılan modernləşdirmə prosesi avqustun 9-da başa çatıb. Bu sistem ABŞ-ın dənizdə və quruda bütün analoji qurğuları kimi hücum xarakteri daşımır.

NATO-nun bəyanatında modernləşmə prosesinin detalları açıqlanmır. Qeyd olunur ki, yeni sistem Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədən çıxması ilə üst-üstə düşüb. Belə ki, iyunda Brüsseldə keçirilən alyansa üz ölkələrin müdafiə nazirlərinin görüşündə həmin müqavilənin ləğvi ilə əlaqədar NATO-nun raketəleyhinə müdafiə sisteminin gücləndirilməsi məsələsi də müzakirə olunub.

Bəyanatda qeyd edilir ki, Deveselu bazasında Amerikanın raketəleyhinə müdafiə sistemi 2014-cü ildə yaradılıb. Bu, 2002-ci ildə ABŞ-a raketəleyhinə müdafiə üzrə Müqavilədən çıxmağa imkan verib. Qeyd olunur ki, ABŞ 2016-2017-ci illərdə Türkiyənin İncirlik hərbi bazasından öz taktiki nüvə başlıqları hissə-hissə Rumıniyaya köçürüb.

Deveselu hərbi bazasını 1952-ci ildə Sovet İttifaqı tikib. 2010-cu ildən isə bu bazada NATO-nun hərbi hava sistemləri yerləşdirilib.