Sürüşmə sahələrində aktivlik yaranıb - VİDEO

Son günlər ölkə ərazisində yağıntıların intensivləşməsi səbəbilə bəzi ərazilərdə sürüşmə aktivləşib.

 Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirir ki, xüsusilə Badamdarda baş verən sürüşmə aktivdir. Onun sözlərinə görə, Badamdarda sürüşmə sahəsində böyük torpaq kütləsi hərəkətə gəlib.
 
Mütəxəssis təkcə Badamdarda deyil, ölkənin digər ərazilərində də sürüşmə təhlükəsinin mövcud olduğunu bildirir. Ənvər Əliyev riskli ərazilərdə mütəmadi monitorinqlərin aparıldığını da deyir.

Şöbə müdiri hesab edir ki, riskli sahələrdə nəzarətin gücləndirilməsi, eyni zamanda su ehtiyatlarının idarə olunması ilə bağlı qabaqlayıcı addımların sürətləndirilməsi vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.